çərşənbə 9 aprel 2025 - 17:19
İranın nüvə texnologiyasındakı elmi əzəməti, müxtəlif elmlərdə dönüşümə zəmin yaradır.

Hövzə/ Höccətül-İslam vəl-Müslimin Fərəci dedi: İranın nüvə texnologiyasındakı elmi əzəməti, müxtəlif elmlərdə dönüşümə və atom sənayesinin əlaqəli bütün elmlərdə istifadəsinə doğru bir hərəkata zəmin yaradır və bu, İranın dünya səhnəsindəki mövqeyinin yüksəlməsində dönüşüm yarada bilər.

Höccətül-İslam vəl-Müslimin Mənsur Fərəci, Kaşandan Hövzə Xəbər Agentliyinin müxbiri ilə söhbətində, 20 Fərvərdinin – İranın Milli Nüvə Texnologiyası Günü – münasibətilə bu günü yad edərək, Qurani-Kərimin
 "وَأَعِدُّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّة"
 ("Onlara qarşı gücünüz çatdığı qədər qüvvə hazırlayın") ayəsinə istinad edərək belə dedi:

Müqəddəs müdafiə dövrü (İran-İraq müharibəsi) bütün enişli-yoxuşlu anları ilə İslam İnqilabının yolu boyunca elmin və texnologiyanın inkişafı və qarşıdurmasının zəruriliyini ortaya qoydu. Elmi sahədə çalışan alimlərin, müəllimlərin və mütəxəssislərin fasiləsiz səyləri sayəsində, İslam Respublikasının uzaqgörən nailiyyətləri texnologiyaya sahib ölkələr arasında tanınmağa başladı. Habelə, nüvə elmlərinə çatmaqla İranın elmi mövqeyi möhkəmləndi və ölkəmiz dünyanın azsaylı güclü dövlətləri sırasına daxil oldu.

Hövzə alimi əlavə etdi ki, 20 Fərvərdin – İranın nüvə bayramı – İslam İnqilabının şanlı tarixində qürurverici bir gündür. Bu gün, İranın böyük ciddiyyət, yüksək dəqiqlik və qısa müddətdə son nüvə elmlərinə nail olması və "sarı keks" (uranyum oksid) istehsal etməsi ilə dünya ictimaiyyətini təəccübləndirərək nüvə ölkələri sırasına daxil olmasının simvoludur.

O bildirdi ki, nüvə alimlərinin terror edilməsi, onların fəaliyyətlərinin məhdudlaşdırılması və elmi baxımdan təcrid olunmaları, İranın inkişafına dair düşmənlərin ciddi qorxusunu göstərir. Onlar bu yolla texnoloji tərəqqini ləngitmək və ya qarşısını almağa çalışırdılar.

Höccətül-İslam vəl-Müslimin Fərəci vurğuladı: İranın nüvə texnologiyasında əldə etdiyi elmi əzəmət, müxtəlif elmlərdə inqilabi dəyişikliklərə və atom sənayesinin əlaqəli bütün sahələrdə istifadəsinə zəmin yaradır. Bu da İranın beynəlxalq səviyyədə mövqeyinin yüksəlməsinə, alim və tələbələr
 üçün yeni elmi imkanların yaranmasına və İranın  gələcəyinin yüksəlişinə yol açacaq.

Mətnin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha